Lənkəran rayonunun Liman şəhərində qadın bıçaq xəsarəti alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, M.İbayev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Kərimova Könül Gülbala qızı "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qadın üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alıb.
Yaxınlarının dediyinə görə, həyat yoldaşı ailə münaqişəsi zamanı onun üz nahiyəsinin sağ tərəfini bıçaqla kəsib.
Xəstəxanadan K.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadın ağrının şokuna düşüb.