Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi "Regionlarda məcburi köçkün gənclərinin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi layihəsi çərçivəsində, Bərdə, Tərtər, Ağdam, rayonlarının icra hakimiyyətləri, maraqlı tərəflər və aidiyyatı qurumlarla görüşlər keçirilib. 

Unikal.org xəbər verir ki, görüşlər zamanı layihələrin fəaliyyət planı müzakirə olunub, layihələrin keçiriləcəyi məkanlar, hədəf kütləsi müəyyənləşdirilib və digər təkliflər dəyərləndirilib.

Qeyd edək ki noyabr-yanvar ayları ərzində hədəf rayonlarında "Regionlarda məcburi köçkün gənclərinin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi layihəsi çərçivəsində Bərdə, Tərtər və Ağdam rayonlarından seçilmiş məcburi köçkün gənclərlə hədəf rayonlarda müxtəlif kiçik ölçülü layihələr həyata keçiriləcək və gənclərin cəmiyyətə fəal inteqrasiyasına dəstək olmaq məqsədilə qeyri-formal təhsil metodu olan Forum Teatrlar təşkil olunacaq.