Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) vəzifəli məmuruna qarşı dələduzluq edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edərək iki nəfərin ona qarşı 170 min manatlıq dələduzluq etdiyini bildirib.

Məsələnin təfərrüatı açıqlanmır.

Hazırda fakt üzrə araşdırma aparılır.