Dünən gecə saatlarında marşrut avtobusu ilə vurulan qadının kimliyi bəlli olub.
Unikal.org DİN-ə istinadən verdiyi xəbərə görə, noyabrın 28-də saat 1:00 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Balakən rayon sakini Vaqif Balagözov idarə etdiyi "Daewoo markalı 165 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Bahar Cəfərovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. İlkin məlumatda, B.Cəfərovanın ruhi əsəb xəstəsi olduğu bildirilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.