Ali Məhkəmədə "NİDA hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə saxlama, daşıma, göndərmə, əldə etmə- külli miqdarda törədildikdə) maddəni 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəyə tövsif edib, cəzası 3 ilə endirilib.

E. Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.