Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov təhqirə və şantaja məruz qalıb. 

Unikal.org Sonxeber.az-a istinadən bildirir ki, bu barədə özü məlumat verən V.Əsədovun sözlərinə görə, ötən gün Bakı sakinlərindən biri qeyri-etik ifadələrin yer aldığı səs yazısı göndərib. Həmin şəxs barəsində məhkəməyə müraciət etməyəcəyini deyən V.Əsədov bu barədə saytımıza danışıb:

"Sürücü mənə bir səs göndərib ki, onu eşitməyi sizə rəva bilmirəm. Qeyri-etik sözlər işlədir, təhqir və şantaj edir. Axı mən neyləmişəm sənə... Sənin maşınını cərimə meydançasına aparırlarsa, mənim günahım nədir? Sənin cərimə borcun varsa, buna mən nə etməliyəm? Amma yenə də öz humanistliyimi göstərdim. Həmin şəxsi məhkəməyə vermək fikrim də yoxdur. Sadəcə, sizin sayt vasitəsilə həmin şəxslərə demək istəyirəm ki, pislik etməyi özünüzə rəva bilməyin. Çünki sizin pisliyinizə mən yaxşılıqla cavab verəcəyəm".