Gəncə sakini dava zamanı xəsarət alıb.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə şəhərin Heydər Əliyev prospektində olan kafelərin birində baş verən dava zamanı şəhər sakini, 1979-cu il təvəllüdlü Qurbanov Fuad Ramiz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.