Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, koksaki virusunun yayılması ilə bağlı məlumatlar düzgün deyil: "Ölkədə koksaki virusu yoxdur. Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı koksaki virusuna yoluxma halı aşkarlanmayıb.
A.Əliyeva bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlər aparılır.
Qeyd edək ki, hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.