Gəncədə bıçaqlanma olub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1995-ci il təvəllüdlü Əmiraslanov Kənan Nəriman oğlu sağ budunun iki kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, K. Əmiraslanov Mirzə Abbas Abbaszadə küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.