Azərbaycanda keçən ay ölmüş 17 yaşlı gəncin analığı tərəfindən döyüldüyü məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Hil kəndində qeydə alınıb.
Məlumata görə, Hil kəndində bu ilin oktyabr ayında 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun ölümü ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalar zamanı onun ölümündən əvvəl analığı Rəna tərəfindən döyüldüyü və bu səbəbdən aldığı xəsarətlərdən Qusar Rayon Mərkəzi xəstəxanasında öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.