Samuxda qadın kimyəvi maddədən zəhərlənib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Samux rayon Ağasıbəyli kənd sakini 1987-ci il təvəllüdlü Məşdiyeva Yazgül Vahid qızı kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının gəmiricilər əleyhinə istifadə olunan kimyəvi maddə içərək zəhərləndiyi bildirilir.