Xəbər verdiyimiz kimi, Biləsuvarın Təzə kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 1-də Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayan Əlican Ağayevin evinə gələn keçmiş yeznəsi, Salyan rayon sakini Ramin Məmmədov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib və nəticədə Ə.Ağayev hadisə yerində ölüb.
R.Məmmədov könüllü Biləsuvar RPŞ-yə gələrək istintaqa təslim olub.
Araşdırma aparılır.