Adnan Oktarın kediciklərindən olan Tülay Kumaşçı maraqlı açıqlamalar verib.
Adnan Hocanın kediciklərindən Tülay Kumaşçı haberkonseyi.com saytının suallarını belə cavablandırdı.
- Tülay Kumaşcı kimdir, nə işlə məşğuldur?
- İstanbulda anadan olmuşam, İT Riyaziyyat mühəndisliyini bitirdim, hazırda logistika ilə maraqlanıram.
-Tülay Kumaşçı ailəlidirmi, uşaqları varmı?
- Xeyr, evlənmədim, uşağım yoxdur.
-Facebook ,Twtterdə yaydığın şəkillər ... Həmişə belə geyinirsənmi?
- Şəkil çəkdirməyi sevirəm, bu mənim üçün hobbimdir.
-Çöl geyimlərimlə foto çəkdirdiyim şəkillər eyni deyil. Məni çöldə dekolte bir paltarla görə bilməzsiniz. Gündəlik həyatda sadə geyinməyi xoşlayıram.
-Adnan Hocanın nəyi səni təsirləndirmişdi?
- Hocam Adnan Oktarla ilk qarşılaşmamda ən çox sevgiylə və ehtirasla baxan gözlərindən təsirləndim. Müəllimimin baxışları mənə xüsusi olduğumu hiss etdirdi. Gözlərinə baxdığımda dərin bir sevgiylə qarşılaşdım. Açığı ilk tanış olduğum bir adamdan gələn bu sevgi mənə o qədər çox təsir etdi ki 2 gün ərzində özümə gələ bilmədim, hələ o anı xatırlayıram.
Dünyada heç kimdə görmədiyim bir səmimiyyət və istilik hiss etdim. Sevgi belə bir şeymiş dedim öz özümə ... O zamandan sonra müəllimimizə bağlandım.
Müəllimimin tarixinə baxsanız bir çox çətinliyə baxmayaraq İslamı və müsəlmanları hər zaman müdafiə etdiyini görərsiniz.
Xocamızın İslama bağlığı və dindarlığı özünə çox güvənməmə təmin etdi. Adnan Oktar çox etibarlı bir adam, çünki hər zaman vicdanı və Allah qorxusu ilə hərəkət edir. Buna görə də Allahın ona xüsusi bir nur və ağıl verdiyini görürəm.
- Hocanızın yanında niyə məhz gözəl və cazibədar xanımlar var?
- Hocamız Allahı çox sevdiyi, Allaha çox təslimiyyətli olduğu üçün Allahın ona çox gözəl, keyfiyyətli, cazibədar və cazibəli qadınları bir lütf olaraq göndərdiyini düşünürəm.
Bu qədər gözəl qadınının coşğulu bir sevgiylə, eşq və ehtirasla hocamıza bağlanmasını qəbul edə bilməyən çox adam var. Hocamızın gücü, yaraşıqlılığı, ağılı və sevgi gücü hərkəsdə olmaya bilər. Bu Allahın lütfü olan bir şeydir. Buna görə hocamıza həsəd aparanlar ola bilər.
- Adnan Hocanın adı həmişə zəngin uşaqları ilə çəkilir. Onlarla nəsə əldə etməyi planlaşdığını deyirlər. Sizin fikirləriniz nədir?
- Müsəlmanların zəngin və keyfiyyətli olması çox təbiidir. Allah Hz. Süleymana və bir çox peyğəmbərə çox böyük bir mülk və zənginlik vermişdir. Peyğəmbərimiz də gözəl bir həyat yaşamışdır.
Ayrıca hocamızın yanında hər kəsimdən olan insan var, kürd, şiə, çərkəz yoldaşımız olduğu kimi maddi vəziyyəti yaxşı olmayanlar da var. Hocamız heç vaxt ayrıseçkilik etməz. Bildiyiniz kimi 30 ildən çox birlikdə olduğu çoxlu tələbəsi var. Bu kəslərin əksəriyyəti zəngin və tanınmış ailələrin uşaqları olduğu üçün ətrafları də belə olunca, təbii olaraq zəngin və keyfiyyətli bir birlik meydana gəlmişdir. Hocamız və yoldaşları gözəl, zövqlü, keyfiyyətli, müasir, sadə, aydın həyatlarıyla bütün dünya müsəlmanlarına nümunə oldu.
- Son dövrdə Suriya savaşı, işidi və Ərəb ölkələrindəki qanlı hadisələr barədə nə düşünürsünüz?
- İraqın işğalı, Suriya savaşı, Misirdəki proseslər və İŞİD Peyğəmbərimiz (sav) tərəfindən 1400 il əvvəl xəbəri verilmiş möcüzəvi hadisələr. Hamısı Hz. Mehdinin zühurunun yaxın olduğunu bizə bildirir. İŞİD-in Mehdini gözlədiyini və Mehdi gəldiyində ona tabe olacağı qeyd olunur. İndiki vəziyyətdə İŞİD-lə mübarizə onu dayandıra bilməz. İŞİD ancaq Hz. Mehdi zühur etdiyində onu dinləyəcəkdir. Yalnız İŞİD deyil, Əl-Qaidə, PKK və nə qədər terror təşkilatı varsa hamısı terroru dayandıracaq. Çünki Mehdinin məqsədi Hz. İsa ilə birlikdə dünyaya sevgini, sülhü və əmin-amanlığı hakim etməkdir.
-Allah niyə müsəlman aləminə və dünyaya bu ağrıları yaşadır, hikməti sizcə nədir?
- Bildiyiniz kimi axır zamandayıq və dünyanın ömrü bitmək üzrədir. Qiyamət çox yaxındadır. Dünyanın vəziyyətinə baxdığımızda mənəviyyatdan uzaqlaşmış, Allahı unutmuş, sevginin yerinə nifrəti, düşmənçiliyi və döyüşləri qoymuş. Çoxlu degenerasiya olmuş cəmiyyətləri görürük.
Halbuki Allahın kainatı yaratmaq məqsədi sevgini, özünün sevilməsini və təqdir edilməsini istəyir
Ayrıca Allahın vədi var ki, İslam əxlaqı mütləq dünyaya hakim olacaq. Allah bunu yaratmaq üçün də İslam aləminə gözlədiyi xilaskarım Mehdini göndərir. İnsanlar Mehdini sevinclə, coşğuyla qarşılayacaqlar. Hz. Mehdi siyasətə qarışmayacaq. Hz. İsa ilə birlikdə sevgi üzərində olan bir dünya meydana gətirəcək. İnsanlar azad, rifah içində olacaq, silahlar tamamilə qalxacaq, gerçək ictimai ədalət zənginliklə təmin ediləcək. O dövrdə kasıb insan qalmayacaq.
- Türkiyədə siyası bir böhran var və bu kiriz üçün nələr düşünürsən ?
- Türkiyənin bu anda ən əhəmiyyətli mövzusu PKK. PKK-nın da bütün mübarizəsi Türkiyəni bölərək Cənub-şərqdə kommunist, Stalinist bir dövlət qurmaq. Belə olan halda başçılıq sistemi hər nə şəkildə olursa olsun ölkəmiz üçün çox təhlükəli olur. Bölünməyə zəmin yaradır. Müəllimimiz Hocamız da bu təhlükəni proqramlarında tez-tez vurğulayaraq partiyalı prezident sistemin ölkəmizi parçalayacaq bir proses olduğunu deyir.
- Hansı televiziya kanalını izləyirsiniz? Hansı serialları izləyirsiniz?
- Təbii ki A9 TV ... Bildiyiniz kimi hər gün hocamızın canlı yayını var, hər zaman izləyirəm. Ayrıca çox gözəl sənədli filmləri ilə həm gözə, həm də ruha xitab edən bir kanal ...
Ayrıca xəbər saytlarında döyüşləriylə gündəmə gələn evlilik proqramları və digər bənzər yarışma proqramlarında yaşananlar insanların nə qədər çox sevgiyə ehtiyac duyduğunun bir isbatıdır. Döyüşlərin, bağrışlar və nifrətin tək həlli imana söykənən gerçək, səmimi sevgi. Sevgidə qərarlı olanlar xoşbəxt ola bilirlər.