Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.