Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Xırdapay kəndində "KamAZ" markalı yanacaqdaşıyan avtomobil aşıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.