Ağstafada aşkar olunan meyitin kimliyi müəyyənləşib.
Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan apa-ya verilən məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
xxx
Polis Ağstafada tapılan meyitin əlamətlərini yayıb.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilir ki, dekabrın 2-si, Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb. Meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 179 santimetr, sol əlinin üzərində döymə üsulu ilə "KƏPИM,"ЯƏСЦ47 , "С.Ə,"СÐГ С.Ə, "ÐÐГЫ Ð hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum-şalvar, sarımtıl rəngli köynək olub.
Həmin şəxsi tanıyanlardan "102 Zəng Mərkəzinə, yaxud, Ağstafa rayon Polis şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.