Barmağında üzük qalan şəxsə yardım edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin barmağında üzük qalıb.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq həkimlərin nəzarəti altında üzüyü vətəndaşın barmağından çıxarıblar.