Salyanda yanğın hadisəsi baş verib. 

Unikal.org "Report"a istinadən bildirir ki, hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb. Baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb. Yanan evdə qalmış ikinci azyaşlının da cəsədi içəridən çıxarılıb.

Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.