Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.
Əməliyyat başa çatıb.