Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü rayon sakini Turan Naib oğlu Muğalov Heydər Əliyev küçəsində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.