Bakıda səfirlik avtomobili qəzaya düşüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsində qeydə alınıb. Rusiya Federasiyasının Bakıdakı səfirliyinə məxsus "Hyundai markalı, 004 D 16 dövlət qeydiyyat nişanlı avtomobil BMW markalı, 10 TL 443 dövlət nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.