Bakıda soyğunçuluq hadisəsi baş verib. 
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində naməlum şəxs 1977-ci il təvəllüdlü Pərvanə Əliyevaya hücum edib. Qadının tək olmasından istifadə edən soyğunçu zorla onun çantasını əlindən alaraq qaçıb. Çantada Pərvanə Əliyevanın şəxsiyyət vəsiqəsi və 4 manat pul olub.
Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.