Yunanıstanda səfərdə olan Türkiyə prezidenti bu ölkənin baş naziri Aleksis Çipras ilə görüşüb. Tərəflər görüşdən sonra mətbuat konfransı keçiriblər.
Unikal. org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti mətbuat konfransında çıxışı zamanı diplomatik nəzakəti qoruyub və fikirlərini də bu istiqamətdə qarşı tərəfin diqqətinə çatdırıb.
Yunanıstanın baş naziri Aleksis Çipras isə çıxışı zamanı Türkiyəni işğalçı adlandırıb və Şimali Kipr məsələsinə toxunub: Kipr məsələsi 43 ildir davam edir, çünki burada 34 il öncə bir işğal həyata keçirilib.
Aleksis Çiprasın bu sözlərlə 1974-cü ildə Kiprdə baş verən terror aktlarına qarşı müdaxilə edən və adanın şimalını terrorçulardan təmizləyən Türkiyəyə açıq şəkildə işğalçı deddiyi məlum olub.