Bakıda sürücü sükan arxasında ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospekti, 118 ünvanında baş verib.

Bakı şəhər sakini Möhlət Əliyev "Mercedes" markalı maşını idarə edərkən qəfildən ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.