Bakının Binəqədi rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Unikal.org BAKU.WS-ə istinadən verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil dirəyə çırpılaraq iki yerə bölünüb. Qəza nəticəsində avtomobilin sürücüsü dünyasını dəyişib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Mercedes" sürücüsünün digər avtomobillə sürət yarışına çıxması olub.

Nəticədə idarəetməni itirən "Mercedes" işıq dirəyinə çırpılıb və ağır qəza baş verib.

Hadisə yerindən görüntüləri təqdim edirik: