Şəki rayonu ərazisində ağır yol qəzasına düşmüş dörd yaralı hərbçi digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb.
Unikal.org report-a istinadən xəbər verir ki, durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib.
Başından ağır xəsarət alan və hazırda kritik durumda olan Məhəmməd Heydərov isə Bakıda yerləşən Hərbi Hospitala göndərilib.