Bakıda yeniyetmə bıçaq xəsarəti alıb.
Unikal.org report-a istinadən xəbər verir ki. hadisə Nizami rayonunda baş verib.
"8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən binanın həyətyanı sahəsində 2002-ci il təvəllüdlü Müslümzadə Polad Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun bədəninə 3 bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.