Bakının Nizami rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Qara Qarayev prospekti, 26 ünvanında 5 nəfər arasında əlbəyaxa dava olub.

Nəticədə 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Tural Hacıməmməd oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Qurbanovun vəziyyəti ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.