2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı bəlli olub. Unikal.org xəbər verir ki, paytaxtımızda ilk dəfə keçiriləcək mundial sentyabrın 20-də start götürəcək.
Yarış 8 gün davam edəcək. Artıq Beynəlxalq Cüdo Federasiyası bunu təsdiqləyib və yeni ilin təqvimində rəsmiləşdirib.
Dünya Çempionatının paytaxtımızda keçirilməsi "Böyük Dəbilqənin başqa şəhərə verilməsi ilə nəticələnib. Bu dəfə yarış Almaniyanın Düsseldorf şəhərinə etibar edilib. Halbuki, bir qədər öncəyə qədər turnirin mayın 11-13-də Bakıda keçiriləcəyi açıqlanmışdı.