Ötən gün Bakıda 38 yaşında ürək çatışmazlığından tanınmış azərbaycanlı bilyard ustası Əmir Hüseynov vəfat edib.
Unikal.org-un oxu.az-a istinadən xəbərinə görə, bu barədə onun qardaşı, Dünya Gözəllik Konqresinin prezidenti Zamir Hüseynov məlumat verib.
Qeyd edək ki, beynəlxalq dərəcəli idman ustası Əmir Hüseynov piramida üzrə dünya çempionatında dördüncü yerin sahibi və altıqat Azərbaycan çempionu idi.