Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili "VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə "VAZda olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.