Amerikalı basketbolçu Maykl Cordan dünyada bütün dövrlərin ən varli idmançısı adını qazanıb.
Unikal.org-un məlumatına görə, ən varlı idmançıların reytinqini Amerikanın "Forbes" jurnalı dərc edib.
Məlumata görə, 2017-ci il 1 iyun tarixi üçün onun var-dövləti ümumililkdə 1,85 milyard dollar dəyərində qiymətləndirilib.
Jurnalın hazırladığı siyahıda ikinci yerdə qolfçu Tayqer Vuds (1,7 milyard dollar), üçüncü yerdə isə Arnold Palmer (1,4 milyard dollar) qərarlaşıb.
- Növbəti yerlərdə müvafiq olaraq Cek Niklaus, Mixael Şumaxer və başqaları yer alıb.