"Barselona"nın futbolçusu Jerar Deulofeu zədələnib.
Unikal.org bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi məşq zamanı dizindən zədə alıb. Onun bərpa müddətinin 7-10 gün davam edəcəyi bildirilib. Bu isə o deməkdir ki, J.Deulofeu "Deportivo" ilə oyunu buraxacaq.
Qeyd edək ki, "Barselona" - "Deportivo" görüşü sabah keçiriləcək.