Bir müddət öncə "Beşiktaşla ilkin razılıq əldə etdiyi barədə xəbər yayılan müdafiəçi Domaqoy Vida karyerasını hazırkı klubu - Kiyev "Dinamosunda davam etdirə bilər.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Xəbərdə Kiyev təmsilçisinin prezidenti İqor Surkisin mövsümün sonunda klubla müqavilə müddəti bitəcək xorvat futbolçunu komandada qalmasıyla bağlı dilə tutduğu qeyd edilib.
28 yaşlı futbolçunun tələb etdiyi şərtlərin yerinə yetiriləcəyi təqdirdə, "Dinamoda qalacağı vurğulanıb.