"Qalatsarayın baş məşqçisi İqor Tudoru istefaya göndərilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq boş qalmış baş məşqçi postuna namizədləri nəzərdən keçirir. "Cim-bomun siyahısında ilk sırada isə fransız mütəxəssis Loran Blan yer alıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "aslanların rəhbərliyinin 52 yaşlı mütəxəssisə klubun "sükanı arxasına keçməyi təklif etdiyi vurğulanıb.
Loran məşqçi karyerası ərzində "Bordo, Fransa millisi və PSJ-də çalışıb. O, ötən il Paris klubu ilə yollarını ayırıb.