"Qarabağın qış hazırlıq proqramı bəlli olub.

Unikal.org xəbər verir ki, "köhlən atlar yanvarın 9-da bir araya gələcək. Ağdam təmsilçisi elə həmin gün də Türkiyənin Antalya şəhərinə yola düşəcək. "Qarabağ burda 4 və ya 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Qurban Qurbanovun yetirmələrinin Antalyada qarşılaşacağı rəqiblərdən biri məlumdu. Son ölkə çempionu yanvarın 20-də Polşanın "Lexiya klubu ilə üz-üzə gələcək. Bu barədə məlumatı Qdansk təmsilçisinin mətbuat xidməti yayıb.

"Qarabağın Türkiyədəki təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Komanda elə həmin gün vətənə geri qayıdacaq.