Mövsümün qalan hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşacaq Azərbaycan çempionu "Qarabağın yoxlama oyunu keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.
Unikal.org xəbər verir ki, Ağdam klubu qonşu ölkədə Rusiyanın Birinci liqa təmsilçisi "Şinniklə də qarşılaşacaq. Bu barədə Yaroslavl təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən matç yanvarın 30-na nəzərdə tutulub.
"Qarabağ Türkiyəyə yanvarın 9-da yollanacaq. Qurban Qurbanovun çalışdırdığı kollektiv qardaş ölkədə 5-6 yoxlama oyunu keçirməyi planlaşdırır. "Şinnikə qədər onlardan yalnız birində rəqibin kimliyi bəlli iid. Belə ki, yanvarın 20-də Ağdam klubu Polşanın "Lexiya komandası ilə də üz-üzə gələcək.