Unikal.org-un xəbərinə görə, Rövnəq Abdullayev bildirib ki, Azərbaycan milli komandalarına təyinatlar rəsmiləşib: "Bu barədə detalları danışmıram, Qurban Qurbanov danışar. Çünki seçim onun tərəfindən edilib.
Oyun alqı-satqısına gəlincə UEFA bu məsələyə ciddi yanaşır. Hətta Azərbaycan birinci divizionunu yoxlayır. Futbolla məşğul olan adam mərc oyunlarında iştirak etməməlidir. Bu qanunla da qadağan olunub, çünki artıq cinayət məsuliyyətidir. "Keşlənin 2 oyunçusu və "Neftçinin məşqçisi tutulub və prokurorluğa verilib.
"Kəpəz" AFFA tərəfindən maliyyələşir. Bizim orda nümayəndələrimiz var idi. Təəssüf ki, onlar maliyyə pozuntusu etməyə cəhd etmişdilər. Alınmadı və onlar qovuldu. Bəziləri deyə bilər ki, manipulyasiyaya görə qəti tədbirlər görüldü. Onlar ömürlük uzaqlaşdırıldı. Bu hər zaman belə olacaq. Bilirsiz, Serbiyada, Xorvatiyada güclü klublar mərc oyunlarında iştirak etdilər, haram qatdılar deyə zəiflədilər. Futbolumuza haram qatmamalıyıq".
AFFA-dakı futbolda monopoliyasından da danış federasiya prezidenti məsələyə belə münasibət bəsləyib:
"Kim var gətirin danışaq. Mənim xoşum gəlir əlavə maliyyə xərcləməkdən? Lisenziya məsələsinə gəlincə, UEFA-nın şərtləri var. Premyer Liqada komandaların sayını, hətta keçən il artırmaq istəyirdik, amma alınmadı. Çünki sponsor problemi var. Sponsorların çoxu futboldan qaçdı. Bizim hər bölgədə komanda yaratmaq imkanınız yoxdur. Maliyyə problemi yaranıb".
Banişevskinin adına stadionun olmamasına da münasibət bildirən R.Abdullayev bunun da səbəbini maliyyəyə bağlayıb:
"Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya xarakterli olacaq. Banişevski üçün böyük işlər görmüşük. Amma adının stadiona verilməsi gündəmdə deyil. Çünki elə etməliyik ki, stadionun adı da gəlir gətirsin. Yoxsa batıb gedərik".