"Neftçi klubu iki futbolçu ilə yollarını ayırır.
Unikal.org klubun rəsmi saytına istinadla xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın "Mineros Quayana klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Çexiyanın "Karvina klubuna məxsus olan və dekabrın 31-də icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə uzadılmayacaq.
Klub rəhbərliyi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.