Vəhşi heyvanlar Zərdab rayonunun "32 hektar adlanan yaşayış massivinə hücum edib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib. Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.