Gəncədə mənzildə su qızdırıcısı partlayıb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib. Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib
Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.