"Kəpəz əsas komandanın üç futbolçusu ilə yollarını ayırıb.
Unikal.org xəbər verir ki, bunlar yarımmüdafiəçilər Samba Diallo, Mansur Aladji və hücumçu Viktor Oseqeyldi. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Belə bir iddia ortaya atılıb ki, futbolçu bəzi qaydalara riayət etmədiyi, nizam intizamı pozduğu üçün komandadan göndərilib.
Xatırladaq ki, bir müddət öncə Oseqeyl barədə AFFA-ya UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub. Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli "Kəpəz PFK-ya, surəti isə AFFA-ya ünvanlanıb. Məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz - "Qarabağ oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunmuşdu.
Bu oyununun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən "Kəpəzin futbolçusu Viktor Oseqeyllə "Qarabağın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, legioner hücumçu referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.