İspaniya La Liqasında ilin sonuncu - 17-ci tura start verilib.

Unikal.org xəbər verir ki, turun ilk oyununda "Levante "Leqanesi qəbul edib. Bu qarşılaşmada qalib müəyyənləşməyib.

İkinci oyun günündə iki görüş baş tutub. "Xetafe" evdə "Las Palmas"ı, "Real Sosyedad" isə "Sevilya"nı məğlub edib.

Şənbə günü isə bütün diqqətlər Madridə yönələcək. "Santyaqo Bernabeu stadionunda "el klassiko baş tutacaq. Əzəli rəqiblər - son çempion "Real və hazırkı lider "Barselona paytaxtda münasibətlərinə aydınlıq gətirəcəklər.

İspaniya La Liqası, 17-ci tur

21 dekabr

22:30 Eybar - Jirona 
00:30 Alaves - Malaqa

22 dekabr

22:30 Betis - Atletik 
00:30 Espanyol - Atletiko

23 dekabr

16:00 Real - Barselona 
19:15 Valensiya - Vilyarreal 
21:30 Deportivo - Selta

Bombardirlər: Messi (Barselona) - 14, Zaza (Valensiya) - 10, Bakambu (Vilyarreal) - 9. Aspas (Selta) - 9. Stuani (Jirona) - 9. Suares (Barselona) - 9.