"Keşlənin yeni baş məşqçisi Yuri Maksimovun ölkəmizə gələcəyi vaxt bəlli olub. Unikal.org-un klubdan aldığı məlumata görə, ukraynalı mütəxəssis şənbə günü Bakıya gələcək.
Maksimovla son detallar müzakirə olunduqdan sonra, növbəti həftənin əvvəlində rəsmi müqaviləyə imza atılacaq. Klubdan o da bildirirlib ki, yeni məşqçi ilə müqavilə müddəti mövsümün sonunadək olacaq.
Qeyd edək ki, kluba yeni məşqçi gətirilənə qədər bu vəzifəni müvəqqəti olaraq Ramiz Məmmədov icra edib.