"Barselonadan ayrılacağı deyilən Arda Turan haqqında daha bir iddia ortaya atılıb. Futbolçunun Britaniyada ev aldığı deyilir.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Xəbərdə yarımmüdafiəçinin İngiltərənin paytaxtı Londonda ev aldığı qeyd edilib. Evin 2,6 milyon avro dəyərində olduğu vurğulanıb. 30 yaşlı futbolçunun paytaxtda ev alması, onun bu şəhəri təmsil edən "Arsenala yollanacağı barədə iddiaları gücləndirib.
Xatırladaq ki, türkiyəli futbolçu cari mövsümdə bir oyunda belə, şans qazanmayıb.