Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 70 m² olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.