İqor Tudoru baş məşqçi postundan qovduqdan sonra vakant yerə namizəd axtaran "Qalatasarayın siyahısında Fatih Terimin də olduğu haqqında xəbər vermişdik. 

Unikal.org-un apasport-a istinadən məlumatına görə, hətta idarə heyəti üzvləri arasında mübahisələrə səbəb olan təcrübəli mütəxəssis maraqlı mesajla diqqət mərkəzinə gəlib.

Terim rəsmi tvitter hesabından klubun adını əlavə edərək "Harda qalmışdıq, "Qalatasaray? yazıb.

Bundan bir neçə dəqiqə sonra isə klubdan rəsmi açıqlama verilib və Fatih Terim ilə danışıqlara başlandığı bildirilib.