Bir müddət öncə İqor Tudoru istefaya göndərən "Qalatasarayın sabiq baş məşqçisi Fatih Terimi yenidən "sükanı arxasına qaytarılıb. 

Unikal.org xəbər verir ki, "İmperatorun İstanbul təmsilçisi ilə müqaviləsinin hansı müddətə nəzərdə tutulduğu bəlli olub. Türkiyə mətbuatında yer alan məlumata görə, Terim "Qalatasarayla 1,5 illik müqavilə bağlayıb.

Müqavilənin bu gün rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Terim daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralığında "Qalatasarayı çalışdırıb.