Dünən Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 22-də saat 17 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində Heydərabad kənd sakini Hikmət Zeynalov idarə etdiyi "Niva markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Elnur Qədirovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.