FİFA-nın milli komandaların 2018-ci ilin yanvar reytinqi ilə bağlı təxmini cədvəli açıqlanıb. Unikal.org apasport.az saytına istinadən məlumatına görə, yanvarın 18-də rəsmən açıqlanacaq siyahı ilə bağlı ehtimallar müəyyən dəyişikliklər vəd edir.

İki gün öncəki cədvəllə müqayisədə bəzi dəyişikliklərin yaşanmasına azsaylı yoxlama oyunları səbəb olacaq. Qeydə alınan dəyişikliklər Azərbaycan millisinin mövqeyinə təsir etməyəcək. 2017-ci ilin son siyahısında 281 xalla planetin 117-cisi olan Qurban Qurbanovun yetirmələri eyni göstərici ilə mövqeyini qoruyacaq.

Heç bir matç keçirməyən millimizin qonşuları yerdəyişmələrə məruz qalacağı gözlənilir. Belə ki, komandamız Bəhreyni keçmək imkanı qazanıb. Lakin Nikaraquanın da yığmamızı arxada qoyması irəliləyişə əngəl olacaq.

Millimiz və "qonşuları

112 (101). Oman - 296

113 (114). Türkmənistan - 292

114 (119). Nikaraqua - 287

115 (115). Qırğızıstan - 282

115 (113). Ruanda - 282

117 (117). Azərbaycan - 281

118 (115). Bəhreyn - 274

119 (126). KXDR - 269

120 (121). Yeni Zelandiya - 267

121 (122). Mərkəzi Afrika Respublikası - 266

122 (118). Namibiya - 265

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayacaq. Yalnız bir yığma - Çilinin xal hesabı dəyişəcək ki, 15 xal itkisi cənubi amerikalıların mövqeyinə təsir etməyəcək.

İlk "onluq

1 (1). Almaniya - 1602

2 (2). Braziliya - 1483

3 (3). Portuqaliya - 1358

4 (4). Argentina - 1348

5 (5). Belçika - 1325

6 (6). İspaniya - 1231

7 (7). Polşa - 1209

8 (8). İsveçrə - 1190

9 (9). Fransa - 1183

10 (10). Çili - 1147

Qonşu Türkiyə yığması 1 pillə irəliləyəcək. "Ay-ulduzlular 735xalla 41-ci olacaq.

Millimizin 2018-ci ildə qarşılaşacağı dəqiqləşən ilk komanda Gürcüstanın da mövqeyi dəyişəcək. 322 xalla qonşularımız ili 103-cü sırada başlayacaq.